08 mart 2026 00:37
113

Azərbaycan Basketbol Liqasında XVIII turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında XVIII turun daha iki oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə "Şəki" evdə "Sabah"la üz-üzə gəlib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların qələbəsi ilə bitib - 102:82.

Günün ikinci matçında "Sərhədçi" İdman Mərkəzində "Abşeron Lions" və NTD arasında baş tutub.

"Abşeron Lions" 107:88 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.