Qusar rayonundakı Şahdağ Turizm Mərkəzində ilk dəfə keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə əlaqədar mümkün fövqəladə halların qarşısının operativ alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları ərazidə fasiləsiz xidmət aparırlar.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Nazirliyin aidiyyəti nəzarət qurumları tərəfindən səlahiyyətlərinə uyğun, o cümlədən kanat və qaldırıcı qurğuların təhlükəsiz istismarı, yanğın təhlükəsizliyi və digər istiqamətlər üzrə müvafiq monitorinqlər reallaşıb.