Bu gün Misli Premyer Liqasında üçüncü dövrəyə - 23-cü tura start verilib.
“İki sahil” yazır ki, “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Yarışın 52-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Səbuhi Abdullazadə hesabı açıb. 90+4-cü dəqiqədə isə Mikels “Karvan-Yevlax”ın bərabərlik qolunun müəllifi olub - 1-1. Oyun bu hesabla da başa çatıb.
Misli Premyer Liqası
23-cü tur
7 mart
15:00. “Karvan-Yevlax” 1-1 “Sumqayıt”
Qollar: Səbuhi Abdullazadə, 52-pen. (0-1), Mikels, 90+4 (1-1)
Yevlax şəhər stadionu