Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün daha iki görüş baş tutacaq.
“İki sahil” xəbər verir ki, əvvəlcə "Şəki" evdə "Sabah"la üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək.
Günün sonuncu matçı "Sərhədçi" İdman Mərkəzində "Abşeron Lions" və NTD arasında keçiriləcək. Bu oyun saat 19:30-da başlayacaq.
Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.