İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ilk günü başa çatdı.
“İki sahil” xəbər verir ki, 30-dan çox ölkənin mübarizə apardığı Kubok 4 gün müddətində Milli Gimnastika Arenasında davam edəcək. Kubokda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Yarışın ilk iki günü təsnifat mərhələsi, digər iki günü finallar olacaq. İlk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazanıb.
Qarşıda bizi həyəcanlı mübarizə gözləyir.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək