ABŞ İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra təxminən 2 milyard dollar dəyərində hərbi texnika itirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Məlumat agentliyin hesabatlara və peyk görüntülərinə istinadən yaydığı xəbərdə yer alıb. Agentliyin məlumatına görə, İranın zərbələri nəticəsində ABŞ tərəfinə ümumilikdə təxminən 1,902 milyard dollar məbləğində ziyan dəyib.
Bildirilib ki, ABŞ Küveytdə üç ədəd F-15E qırıcı təyyarəsini itirib. Hərbi ekspertlərin hesablamalarına görə, bu təyyarələrin əvəzlənməsi təxminən 282 milyon dollara başa gələ bilər.
Bundan əlavə, İran silahlı qüvvələrinin BƏƏ-də yerləşən ABŞ obyektində THAAD raketdən müdafiə sisteminə zərbə endirdiyi qeyd olunur. Bu sistemə dəyən zərərin təxminən 500 milyon dollar olduğu bildirilir.
Agentliyin yazdığına görə, ABŞ üçün ən böyük itki Qətərdə yerləşən və dəyəri 1,1 milyard dollar olan radiolokasiya sistemi olub. Məlumata əsasən, həmin sistem münaqişənin ilk günündə sıradan çıxarılıb.