04 mart 2026 11:14
92

Gürcüstan vətəndaşlarının Yaxın Şərqdən təxliyəsinə başlanılıb

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar vətənə qayıda bilməyən Gürcüstan vətəndaşlarının ilk təxliyəsi xüsusi təyyarə ilə Omanın paytaxtı Maskatdan Tbilisiyə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən vaxtında geri qayıda bilməyən Gürcüstan vətəndaşlarının vətənə dönüşü üçün hökumət tərəfindən xüsusi reyslər təşkil olunur. Bu çərçivədə bu gün Maskatdan Tbilisiyə ilk xüsusi uçuş həyata keçirilib. Eyni zamanda, bu gün Səudiyyə Ərəbistanından da Tbilisiyə xüsusi reysin həyata keçirilməsi planlaşdırılır.

Nazirlik qeyd edib ki, Gürcüstana qayıtmaq istəyən vətəndaşlar müvafiq Gürcüstan səfirlikləri ilə əlaqə saxlaya bilərlər. Hökumət vətəndaşların təhlükəsiz və vaxtında geri qayıtmasını təmin etmək üçün tədbirləri davam etdirir.