Ümumilikdə 946 Qazaxıstan vətəndaşı Yaxın Şərq ölkələrindən geri qaytarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın Qazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, repatriasiya uçuşları “Air Astana” tərəfindən Mədinə və Ciddə şəhərlərindən həyata keçirilib.
“KC2202” reysi ilə Aktauya 142 sərnişin, “KC2208” reysi ilə Mədinədən Atırauya 145 sərnişin, “KC2206” və “KC2204” reysləri ilə isə Ciddədən Atırauya müvafiq olaraq 174 və 179 sərnişin çatdırılıb.
Bundan əlavə, “SCAT Airlines” Almatı–Maskat–Almatı marşrutu üzrə 290 yerlik “Boeing 767” təyyarəsi ilə reys həyata keçirir. Rəsmi qurumlar Qazaxıstan vətəndaşlarının Yaxın Şərqdən repatriasiyasının davam etdiyini bildiriblər.