03 mart 2026 23:08
102

Azərbaycan turnirdə 7 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq

Murad Muradlı

-66 kq

Ruslan Paşayev

İslam Rəhimov

-81 kq

Ömər Rəcəbli

Vüsal Qələndərzadə

+100 kq

Camal Qamzatxanov

Uşanqi Kokauri