Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen bildirib ki, Kiyev “Dostluq” neft kəmərinin fəaliyyəti ilə bağlı Avropa İttifaqına hələ də rəsmi məlumat təqdim etməyib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
O, Brüsseldə keçirdiyi brifinqdə qeyd edib ki, Avropa tərəfi Ukrayna ilə yanaşı, Slovakiya və Macarıstanla da əlaqə saxlayır.
“Prioritetimiz üzv dövlətlərimiz üçün təchizat təhlükəsizliyidir. Lakin kəmərin fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə hələ də məlumatımız yoxdur”, — deyə o, bildirib.
Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, Kiyev Rusiya neftinin “Dostluq” kəməri ilə tranzitini bərpa etməyənə qədər Budapeşt Ukraynaya qarşı əks-tədbirləri qüvvədə saxlayacaq.