Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.
“İki sahil” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı vurğulayıb: “Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.
Yeni geosiyasi reallıqlar Azərbaycanın qlobal diplomatiya gündəliyini daha da zənginləşdirir - TƏHLİL
“Yeni dövrün çağırışları: güclü iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası” - FOTO
Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib