03 mart 2026 12:39
112

Zelenski Orbanın seçkilərdə məğlub olmasını arzuladığını bildirib

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın qarşıdakı parlament seçkilərində məğlub olmasını arzuladığını deyib.

“İki sahil” xəbər verir ki, bu barədə o, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində danışıb.

“İnanıram ki, Orban seçkilərdə məğlub olacaq. O zaman Macarıstanla normal münasibətləri bərpa edə biləcəyik. Çünki macar xalqı rusiyapərəst deyil”, — deyə Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, Macarıstan böyük hərbi potensiala malik olmasa da, beynəlxalq arenada mühüm rol oynayır. O əlavə edib ki, Orban “nüfuzlu siyasi qüvvələr ona güc verdikdə daha təsirli fiqura çevrilir”.