03 mart 2026 11:39
90

İran kürdlərin olduğu Azadi düşərgəsini vurub

İran Kürdüstan Demokrat Partiyası (KDP) mənsublarının yerləşdiyi Azadi düşərgəsini bu səhər üç dron tərəfindən hədəfə alıb.

“İki sahil” xəbər verir ki, bu barədə İraq Kürdüstan Bölgəsinin Kuysancaq şəhərinin qubernatoru Tariq Heydəri açıqlayıb. 

Hücumda raketlərdən də istifadə edildiyi bildirilib.

Azadi düşərgəsində İran Kürdüstan Demokrat Partiyasının üzvlərinin ailələri yaşayır.

Kuysancaq qubernatoru hücumda bir nəfərin yaralandığını deyib.