Ermənistanın Baş naziri Nikol Paşinyan martın 3-4-də Gürcüstana işgüzar səfər edəcək.
“İki sahil” xəbər verir ki, N.Paşinyanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul edəcək.
Səfər çərçivəsində iki ölkə liderinin üzbəüz görüşü planlaşdırılır.
Görüşdən sonra Kobaxidze və Paşinyanın həmsədrlik etdiyi Gürcüstan–Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.
Baş nazirlər media üçün birgə bəyanatla çıxış edəcəklər.
Məlumata görə, Nikol Paşinyan Gürcüstana geniş nümayəndə heyəti ilə gələcək. Heyətin tərkibində Baş nazir Administrasiyasının rəhbəri Araik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyan yer alır.