Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi Dəniz Qüvvələrinin çavuşu Küveyt Silahlı Qüvvələrinin üzərinə qoyulmuş tapşırıqlar çərçivəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olub", - deyə məlumatda bildirilib.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.