02 mart 2026 23:26
172

Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib

Ərəb liderləri Moskvanı atəşkəsə razı salsalar, Ukrayna Yaxın Şərq ölkələrinə İranın "Şahed" dronlarını məhv etməyə kömək edə bilər.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə bildirib.

"Yaxın Şərq liderlərinin ruslarla yaxşı münasibətləri var. Onlar ruslardan bir aylıq atəşkəs elan etmələrini istəyə bilərlər", - deyə Ukrayna lideri bildirib.

Prezident əlavə edib ki, atəşkəs elan edildikdən sonra Ukrayna ən yaxşı dron ələ keçirmə operatorlarını Yaxın Şərq ölkələrinə göndərəcək. Ukrayna liderinin sözlərinə görə, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin şübhəsiz ki, Vladimir Putinlə yaxşı iqtisadi münasibətləri var.

Prezident əmin edib ki, Ukrayna İsrailə də eyni şəkildə kömək edə bilər.