02 mart 2026 23:05
119

Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə İran ətrafındakı münaqişə kontekstində regiondakı vəziyyəti müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Məlumata görə, NATO gündəliyində duran məsələlər, eləcə də regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Prezident Türkiyənin bölgədəki münaqişənin inkişafını yaxından izlədiyini və davamlı sülhə nail olmaq üçün diplomatiyaya şans verilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan həmçinin bildirib ki, Ankarada keçiriləcək NATO sammitinə hazırlıqlar davam edir və Türkiyə bu sammitə ləyaqətlə ev sahibliyi edəcək.

Kanslerlikdən bildirilib ki, Mark Rütte öz növbəsində NATO-nun vəziyyəti hərtərəfli qiymətləndirərək müttəfiqlərinin təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini qeyd edib.