İspaniya ABŞ Prezidenti Donald Trampa İrana hücum etmək üçün öz hərbi bazalarından istifadə etməyi qadağan edib, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin tankerlərini ölkədən çıxarıb.
“İki sahil” "El Pais" nəşrinə istinadən xəbər verir ki, Madrid ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina edib. Həmçinin İspaniya Tehranın Fars körfəzi ölkələrinə və Kiprə hücumuna cavab olaraq "mütənasib hücum hərəkətləri" etməyə hazır olduqlarını bildirən Fransa, Almaniya və Böyük Britaniyanın mövqeyindən uzaqlaşıb.
Ölkənin xarici işlər naziri Xose Manuel Albaresin sözlərinə görə, Avropanın səsi gərginliyin azaldılmasına və danışıqlara qayıtmağa yönəlmiş balans və mülayimlik səsi olmalıdır.