02 mart 2026 18:47
117

ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır

ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulması faktı ilə bağlı araşdırma aparır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Den Keyn ABŞ-nin müharibə naziri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.

"Mən ötən gecə regionda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15E qırıcısının itirilməsindən xəbərdaram. Ekipajlar təhlükəsizlikdədir və biz bilirik ki, səbəb düşmən atəşi olmayıb. Araşdırma davam edir, ona görə də əlavə şərh verməyəcəyəm", - o deyib.

Daha əvvəl Pentaqonda bildirilib ki, İrana qarşı əməliyyatlara dəstək tapşırıqlarını yerinə yetirən ABŞ-nin üç F-15E qırıcısı Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən təsadüfən vurulub.