02 mart 2026 16:31
126

Asiya və Afrika bazarında məhsul və xidmətlərimizin tətbiq olunması ilə bağlı planlar var - Amin Nəzərli

“AzInTelecom”un TIER 3 sertifikatına malik olması şirkətin regionda etibarlı texnologiya tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Bu, şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Bu fikirləri “AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki Sahil” qəzetinə müsahibəsində qeyd edib.

Qurum sözçüsü onu da diqqətə çatdırıb ki, əsasən Asiya və Afrika bazarında məhsul və xidmətlərimizin tətbiq olunması ilə bağlı planlar var. Bundan başqa, şirkətin OpenAI, Meta, IBM, Google, NVIDIA, Amazon kimi qlobal texnologiya şirkətləri ilə təmasları mövcuddur. Ötən ilin sonlarında şirkət rəhbərinin ABŞ-a səfəri çərçivəsində adıçəkilən şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, görüşlər zamanı süni intellekt, bulud infrastrukturu, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik kimi istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Yaqut Ağaşahqızı,”İki sahil”