02 mart 2026 14:55
211

SİMA xarici vətəndaşlar üçün açılır - ÖZƏL

Yenilik xarici istifadəçilərə də Azərbaycanın rəqəmsal xidmətlərindən rahat şəkildə istifadə etmək imkanı yaradacaq

SİMA İmza xidmətinin imkanları genişləndirilir və xarici vətəndaşların beynəlxalq pasport vasitəsilə sistemdə qeydiyyatdan keçməsi mümkün olacaq. Bu yenilik xarici istifadəçilərə də Azərbaycanın rəqəmsal xidmətlərindən rahat şəkildə istifadə etmək imkanı yaradacaq. 

Bunu “AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki Sahil” qəzetinə müsahibəsində diqqətə çatdırıb.

O qeyd edib ki, SİMA rəqəmsal həllər platformasının məhsulları olan – biometrik identifikasiya ilə sürətli ödəniş imkanı yaradan SİMA Pay və üztanıma texnologiyası vasitəsilə binalara təhlükəsiz girişi təmin edən SİMA Access həllərinin bazara təqdim edilməsi planlaşdırılır. Artıq SİMA Pay dəmiryollarında, SİMA Access isə bir neçə bağçada uğurla sınaqdan keçirilib. Bu addımlar “AzInTelecom”un regional rəqəmsal mərkəz kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Həmçinin ölkənin beynəlxalq rəqəmsal ekosistemə inteqrasiyasına əlavə töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”