02 mart 2026 12:58
91

Azərbaycan millisinin futbolçusu “Hannover”lə oyuna start heyətində çıxıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Bundesliqanın Gənclər Liqasında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, müdafiəçi “Hannover”lə matçda "Berliner" forması ilə ilk dəfə start heyətində meydana çıxıb.

Gərgin və maraqlı keçən görüş “Hannover”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.