02 mart 2026 12:25
151

Zayed Beynəlxalq Hava Limanından sutka ərzində ilk reys həyata keçirilib

Zayed Beynəlxalq Hava Limanından (BƏƏ) sutka ərzində ilk reys həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  Flightradar24 xidmətinin məlumatına görə, yükdaşıyan Boeing 777 tipli təyyarə Honq Konq istiqamətində yola düşüb.

Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti Əbu-Dabidə reysləri ləğv edilən turistlərin otel xərclərini qarşılayacaq.

The New York Times qəzetinin yazdığına görə, fevralın 28-də Yaxın Şərqdə baş verən zərbələr fonunda 1,8 mindən çox aviareys ləğv edilib. Martın 1-də isə daha 700-ə yaxın reys təxirə salınıb və ya ləğv olunub.

Regionda gərginliyin artması hava nəqliyyatı sektoruna ciddi təsir göstərməkdə davam edir.