02 mart 2026 12:11
174

Maçado yaxın həftələrdə VENESUELAYA QAYIDACAQ

Mariya Maçado yaxın həftələrdə Venesuelaya qayıtmaq niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki,  o, bu barədə sosial şəbəkə X-də paylaşdığı videomüraciətdə bildirib.

“Müasir mərhələdə dünya artıq bilir ki, Venesuelada demokratiyaya keçid qaçılmazdır. Mən yaxın həftələrdə ölkəyə qayıdacağam”, – deyə Maçado vurğulayıb. O, həmçinin ABŞ hakimiyyətinə keçmiş prezident Nicolas Maduronun ələ keçirilməsi əməliyyatına görə təşəkkür edib.

Bundan əvvəl Maçado ABŞ-ın “Politico” nəşrinə müsahibəsində bildirmişdi ki, Venesuelada prezident seçkiləri artıq bu il keçirilə bilər.

Qeyd edək ki, ötən ilin dekabrında Maríya Korina Maçado Nobel Sülh Mükafatına layiq görülüb. Yanvarda ABŞ tərəfindən Nikolas Maduronun saxlanılmasından sonra onun Venesuela siyasətindəki rolu ilə bağlı suallar açıq qalır. ABŞ prezidenti Donald Trump Maçadonun ölkə siyasətində iştirakını “çox istədiyini” bildirmişdi.

Bununla yanaşı, bir sıra analitiklər hesab edirlər ki, Ağ Ev daha çox Venesuelanın keçmiş prezidentinin ətrafına üstünlük verir və Maçado ilə bağlı müəyyən məyusluq mövcuddur.