ABŞ prezidenti Donald Trampın İrana zərbələr endirmək qərarı Avropa liderləri üçün gözlənilməz olub. Lakin buna baxmayaraq, Avropa paytaxtları sürətlə genişlənən regional münaqişəyə cəlb olunmaq məcburiyyətində qalır.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatında bildirilir ki, Vaşinqtonun addımı Avropada çaşqınlıq yaradıb. Bununla belə, Avropa İttifaqı ölkələri Yaxın Şərqdə dərinləşən böhran fonunda proseslərdən kənarda qala bilmir. Məqalədə vurğulanır ki, blok daxilində ABŞ liderinin strategiyası ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.
Bundan əvvəl Kir Starmer X-də yayımladığı videomüraciətdə Böyük Britaniyanın ABŞ-a İrana zərbələr üçün öz hərbi bazalarından istifadə etməyə icazə verdiyini açıqlamışdı.
Beləliklə, nəşr qeyd edir ki, Avropa ölkələri həm təhlükəsizlik, həm də siyasi baxımdan artan təzyiq altında qalır və regiondakı böhranın daha da genişlənməsi ehtimalı narahatlıq doğurur.