02 mart 2026 11:22
98

Xizək alpinizmi idman növündə iştirak edən yeniyetmə idmançılarımız uğur qazanıblar

28 fevral-1 mart tarixlərində ölkəmizi xizək alpinizmi idman növündə təmsil edən yeniyetmə idmançılarımız Abel İsmixanov və Nurid Şəkərəliyev Türkiyənin Kayseri şəhərində təşkil olunan  “Türkiye Open Sprint Cup” yarışında iştirak ediblər.
 
“İki sahil” xəbər verir ki, yarışın nəticələrinə əsasən  15 idmançı arasında təmsilçilərimiz Abel İsmixanov qızıl, Nurid Şəkərəliyev isə gümüş medala sahib olublar.