İsrail Müdafiə Qüvvələri Livandakı "Hizbullah" hərəkatının hədəflərinə zərbələr endirməyə başlayıb.
“İki sahil” "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, Livana endirilən zərbələr "Hizbullah"ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.