02 mart 2026 01:35
103

Vuçiç: Serbiya Aİ yolunu sürətləndirmək üçün əlindən gələni edəcək

Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək, amma bu asan olmayacaq.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Una"ya müsahibəsində deyib.

O bildirib ki, bu, siyasət sahəsində razılaşmalar tələb edir: "Kosovo və Metoxiya məsələsi və Rusiyaya münasibət Avropa inteqrasiyası prosesində əsas siyasi mövzulardır. Biz sürətlə irəliləmək üçün əlimizdən gələni edəcəyik, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qanunlarını qəbul edəcəyik və Venesiya Komissiyasının fikrini gözləyəcəyik".