01 mart 2026 22:12
136

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi yenidən nəzərdən keçirilir

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi İranla bağlı son hadisələr fonunda yenidən nəzərdən keçirilir.

“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib. Hazırda Böyük Britaniyada terror təhlükəsi səviyyəsi “substantial”, yəni hücumun “ehtimal olunan” olduğu səviyyədədir. Bu, Böyük Britaniyanın Birgə Terror Təhlili Mərkəzi tərəfindən müəyyən edilən beşpilləli sistemdə üçüncü pillədir. “Severe” səviyyəsi hücumun “yüksək ehtimalla baş verə biləcəyini”, “critical” isə “yaxın gələcəkdə baş verməsinin yüksək ehtimallı olduğunu” ifadə edir. Nazir bildirib ki, Böyük Britaniyada terror təhlükəsi səviyyəsi yenidən nəzərdən keçirilir.