01 mart 2026 20:11
105

ABŞ İrana qarşı əməliyyatda dörd "B-2"dən istifadə edib

ABŞ İrana qarşı əməliyyatda dörd "B-2" strateji bombardmançı təyyarəsindən istifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Təyyarələr ABŞ-dan havaya qalxaraq İrandakı hədəfləri vurub və geri qayıdıb.

"Dörd "B-2" bombardmançı təyyarəsi ABŞ-dan uçaraq İrandakı yeraltı ballistik raket mərkəzlərinə onlarla 900 kiloqramlıq bomba atıb", - deyə məlumatda vurğulanıb.