01 mart 2026 18:18
117

ABŞ-da atışma nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb

ABŞ-ın Texas ştatının Ostin şəhər mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Austin American-Statesman" qəzeti xəbər verib.

"İlkin məlumata görə, azı 17 nəfər xəstəxanalara aparılıb", - qəzet yazıb.

Məlumata görə, atışma bu səhər Qərbi Altıncı və Nueces küçələrinin kəsişməsində başlayıb. Ostin polisi yerli hüquq-mühafizə orqanı əməkdaşının şübhəlini güllələyərək öldürdüyünü təsdiqləyib.