01 mart 2026 17:27
118

Belçika Şimal dənizində Rusiyanın kölgə donanmasına aid tankeri saxlayıb

Belçika Şimal dənizində Rusiyanın kölgə donanmasına məxsus "Ethera" neft tankerini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, gəmi krallığın şimal-qərbindəki Belçikanın Zebrügge limanına yönləndirilib və orada həbs olunacaq.

Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində ölkənin Hərbi-Dəniz Qüvvələrinin Belçikanın sanksiyalar altında olan neft tankerinin saxlanmasında iştirak etdiyini bildirib.