Hörmüz boğazı növbəti xəbərdarlığa qədər tankerlər üçün açıqdır.
“İki sahil” xəbər verir ki, bunu SEPAH-ın keçmiş komandanı Möhsün Rezayi deyib.
Eyni zamanda, o, xəbərdarlıq edib ki, Amerika qüvvələri və hərbçilər İranın zərbələri üçün qanuni hədəflərdir.
Qeyd edək ki, dünən İran təxminən dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazını bağlamışdı.