01 mart 2026 01:04
108

Donald Tramp İrana qarşı əməliyyatdan bir neçə çıxış yolunun olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı başlatdığı əməliyyatdan bir neçə fövqəladə çıxış yolunun olduğunu deyib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı bu barədə “Axios”a müsahibəsində bildirib.

“Mən prosesi uzada və nəzarəti ələ ala bilərəm, ya da iki-üç günə bitirib iranlılara deyə bilərəm ki, nüvə və raket proqramlarınızı yenidən qurmağa başlasanız, bir neçə ildən sonra təkrar görüşərik. Hər halda, bu hücumdan sonra onlara bərpa üçün bir neçə il lazım olacaq”,- deyə Tramp açıqlayıb.