Azərbaycanın MMA ulduzu Tofiq Musayevin növbəti döyüşü ilə bağlı maraqlı gəlişmə yaşanıb.
“İki sahil” xəbər verir ki, Samuel Sançezin döyüşdən çəkilməsindən sonra təmsilçimizə ilk meydan oxuyan Kris Padilla olub.
Amerikalı döyüşçü bu barədə öz şəxsi "Instagram" hesabında paylaşım edərək "Mən hazıram" mesajı ilə Tofiq Musayevi döyüşə dəvət edib.
Padillanın statistikası da kifayət qədər diqqətçəkəndir. Belə ki, idmançı karyerası ərzində 17 qələbə qazanıb və 6 məğlubiyyətlə üzləşib. Maraqlıdır ki, o, sonuncu məğlubiyyətini 2022-ci ildə alıb və hazırda ardıcıl 7 qələbəlik seriya ilə gəlir.
Təmsilçimizin bu çağırışa necə cavab verəcəyi azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.