28 fevral 2026 23:47
102

İran XİN BMT-yə müraciət edib

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edib.

“İki sahil” xəbər verir ki, nazir müraciətində İranın qanuni və legitim özünümüdafiə hüququnun qətiyyətli və dərhal icrasını davam etdirəcəyini bildirib.

Diplomat vurğulayıb ki, İranın silahlı qüvvələri hücumu dəf etmək məqsədi ilə bütün zəruri müdafiə imkanlarını səfərbər edəcək.