28 fevral 2026 23:23
107

Ermənistan və Kanada XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Anita Anand ilə telefon danışığı aparıb.

“İki sahil” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, tərəflər ABŞ, İsrail və İran arasındakı hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.

Hər iki tərəf böhranlı şəraitdə sıx qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Mirzoyan mövcud vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə nail olunmasının əhəmiyyətini qeyd edib. O həmçinin İrəvanın zərurət yaranacağı təqdirdə, Kanada vətəndaşlarının Ermənistan ərazisindən təxliyəsinə kömək etməyə hazır olduğunu bildirib.