28 fevral 2026 22:38
127

Ağ Ev: Donald Tramp vəziyyəti yaxından izləməkdə davam edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupunun üzvləri ilə birlikdə Mar-a-Laqoda bütün gecə vəziyyəti izləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.

O, Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışdığını da təsdiqləyib.

Kerolayn Livitin sözlərinə görə, Prezident və onun milli təhlükəsizlik qrupu gün ərzində vəziyyəti yaxından izləməkdə davam edəcək.