28 fevral 2026 16:28
116

MPL: “Şamaxı” “Neftçi”ni 1 xalla yola saldı

Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” “Neftçi”ni qəbul edib.

İki sahil” yazır ki, umanlı hava şəraitində keçirilən oyunun 60-cı dəqiqəsində Vensan Abubakar hesabı açıb. 74-cü dəqiqədə isə Sezar Enrike bərabərlik qolunu vurub.

90+1-ci dəqiqədə Vensan Abubakar özünün və komandasının ikinci qolunu vuraraq “Neftçi”ni hesabda yenidən önə çıxarsa da 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Rossi hesabı bərabərləşdirib - 2-2.

Misli Premyer Liqası,

22-ci tur

28 fevral (şənbə)

14:30. “Şamaxı” 2-2 “Neftçi”

Qollar: Vensan Abubakar, 60 (0-1), Sezar Enrike, 74 (1-1), Vensan Abubakar, 90+1 (1-2), Karim Rossi, 90+8-pen. (2-2)

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”