Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Sözügedən görüş mərkəzi qarşılaşmalardan hesab olunurdu. Çünki bu oyunadək "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci idi. Lakin "Zirə" qələbə sayəsində xallarının sayını 38-ə yüksəldib və mövqeyini möhkəmləndirib. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatmışdı.
27 fevral (cümə)
18:00 . “Araz-Naxçıvan” 0–1 “Zirə”
Qol: A.Qomis, 67 (0:1)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
14:30. “Kəpəz” 3–0 “Sumqayıt”
Qollar: Ryonosuke Ohori, 2 Luis Paçu, 19, 40-pen.
Qırmızı vərəqə: Nikola Ninkoviç, 62 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu
28 fevral (şənbə)
14:30. “Şamaxı” – “Neftçi”
17:00. “Qəbələ” – “Karvan-Yevlax”
1 mart (bazar)
16:30. “Turan Tovuz” – “İmişli”
19:00. “Qarabağ” – “Sabah”