27 fevral 2026 12:39
154

Avropa Parlamentində qaraçıların təmsil olunmaması etirazla qarşılanıb

Rumıniyanın əmək, ailə, gənclər və bərabər imkanlar naziri Florin Manole Avropa Parlamentində qaraçılar təmsil olunmadığı üçün Brüsseli tənqid edib.

“İki sahil” xəbər verir ki, Florin Manole etirazını Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib. “Avropa İttifaqının beş və ya altı ölkəsi var ki, onların ümumi əhalisi Avropadakı qaraçıların sayından azdır. Lakin Brüsselin əsas siyasi institutlarının heç birində bir nəfər belə qaraçı yoxdur. Bu, Avropa üçün böyük demokratik problemdir”, - deyə Florin Manole vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqında Danimarka əhalisinə bərabər sayda - təxminən 6 milyon qaraçı yaşayır, lakin Avropa Parlamentində bu etnik qrupun bircə nümayəndəsi belə yoxdur.

Qeyd edək ki, Florin Manole Rumıniyada nazir vəzifəsini tutan ilk qaraçıdır.