26 fevral 2026 22:06
146

Həftənin rəmzi komandası

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.

“İki sahil” qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, rəmzi heyətdə Türkiyəni "Qalatasaray" klubunun hücumçusu Viktor Osimhen də yer alıb.

Qapıçı: Yan Oblak ("Atletiko")

Müdafiəçilər: Davide Zappakosta ("Atalanta"), Odin Byortuft ("Budyo Qlimt"), Edmond Tapsoba ("Bayer 04" ), Veston Makkenni ("Yuventus")

Yarımmüdafiəçilər: Orelien Çuameni ("Real"), Sandro Tonali ("Nyukasl"), Xviça Kvaratsxeliya (PSJ), Yens-Petter Hauqe ("Budyo Qlimt")

Hücumçular: Viktor Osimhen ("Qalatasaray"), Aleksandr Sörlot ("Atletiko" )

Xatırladaq ki, "Bayer 04" , "Atletiko", "Nyukasl", "Budyo Qlimt", "Atalanta", PSJ, "Qalatasaray" və "Real" 1/8 finala vəsiqə qazanıblar.