26 fevral 2026 16:15
203

SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Rövşən Nəcəf rəsmi "X" səhifəsində paylaşım edib:

"Xocalı soyqırımı abidəsini ziyarət edərək faciənin günahsız qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik."