26 fevral 2026 11:58
150

İsveçdə uşaqlar və yeniyetmələr mərc oyunları problemləri ilə üzləşirlər

Getdikcə daha çox isveçli uşaq və yeniyetmə mərc oyunları asılılığı ilə üzləşir. Bu, tez-tez pul mərcləri ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, İsveç Milli Audit Ofisinin yeni hesabatına görə, hökumətin gördüyü tədbirlər hələ də problemin yayılmasını azaltmayıb.

Audit rəhbəri Nedim Kolonun sözlərinə görə, mövcud qaydalar sistemi yetərli deyil. Yetkinlik yaşına çatmayanlar arasında mərc oyunları asılılığının qarşısının alınması, müəyyən edilməsi və müalicəsi üçün xüsusi metodlar yoxdur. Nəticədə gənclər lazımi dəstəkdən məhrum qalmaq riskini daşıyırlar.

Rəqəmsallaşma problemin yayılmasına təkan verir. Bir çox populyar videooyunlarda onların məzmunundan xəbərsiz satın alınan virtual paketlərdən – “lutbokslar” adlanan pulla əlaqəli elementlərdən istifadə edilir. Bu mexanika adi oyun və qumar arasındakı xətti qarışdıra bilər və riskləri anlamağı çətinləşdirir.

Valideynlər uşaqlarının oyun oynamağa çox vaxt sərf etdiyini bildirirlər. Hesabata görə, bələdiyyələr yeniyetmələr arasında mərc oyunları asılılığı ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Yetkinlər üçün xüsusi müalicə qaydaları mövcud olsa da, yetkinlik yaşına çatmayanlar üçün oxşar vasitələr demək olar ki, yoxdur və bu da gənclərin yardım sistemindən kənarda qalmasına səbəb olur.

Hesablamalara görə, 350 mindən artıq isveçli mərc oyunları asılılığı problemi yaşayır, gənclər arasında isə bu göstərici dartmaqda davam edir.