25 fevral 2026 19:55
192

Yüksək Liqada XV tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

“İki sahil” xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələn "Gənclər" və "Ordu" komandalarının duelində ikincilər 3:0 hesablı qələbəyə sevinib. Fövqəladə Hallar Nazirliyinin idman zalında isə "Neftçi" "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.