25 fevral 2026 18:43
190

Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək

Martın 11-dən 14-dək Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək.

“İki sahil” xəbər verir ki, ilk dəfə bu yaş qrupu üzrə ölkə birinciliyi Qazaxda təşkil ediləcək. Qazax Olimpiya İdman Kompleksində baş tutacaq yarışı ölkəmizin beynəlxalq və milli dərəcəli hakimləri idarə edəcək.

Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq.