Fevralın 24-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə baş tutan və Universitetin müxtəlif fakültələrində təhsil alan tələbələrin iştirak etdiyi görüşdə əvvəlcə ADU-nun rektoru, professor Kamal Abdulla çıxış edərək naziri salamlayıb.
Nazir Fərid Qayıbov ölkədə həyata keçirilən gənclər və idman siyasətinin əsas istiqamətləri, gənclərin şəxsi və peşəkar inkişaf imkanları, eləcə də dövlət proqramları barədə ətraflı məlumat verib. Nazir həmçinin tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.