23 fevral tarixində kişilər arasında Dinamik Piramida üzrə Ölkə Çempionatının möhtəşəm final qarşılaşması baş tutdu. Yüksək rəqabət, peşəkar oyun səviyyəsi və gərgin mübarizə ilə yadda qalan turnir idmansevərlərə unudulmaz anlar yaşatdı.
“İki sahil” xəbər verir ki, Final mərhələsində iştirak edən idmançılar öz ustalıqları, taktiki düşüncələri və dəqiq zərbələri ilə seçildilər. Qarşılaşmaların hər biri böyük maraqla izlənildi və tribunada toplaşan azarkeşlərin alqışları ilə müşayiət olundu.
Çempionatın nəticələrinə əsasən:
1-ci yer – Əmrahov Ceyhun
2-ci yer – Məmmədov Vasif
3-cü yerlər – Abbasəliyev Cahangir və Süleymanov Rufin
Qaliblər diplom və medallarla təltif olunaraq ölkə çempionu adına layiq görüldülər.
Dinamik Piramida üzrə keçirilən bu ölkə çempionatı bir daha göstərdi ki, Azərbaycan bilyard idmanı sürətlə inkişaf edir və yeni istedadlar formalaşmaqdadır. Turnirin yüksək səviyyədə təşkili və idmançıların nümayiş etdirdiyi peşəkarlıq gələcək beynəlxalq yarışlar üçün də böyük ümidlər yaradır.
Bütün qalibləri və iştirakçıları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!