24 fevral 2026 13:04
212

Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək

Voleybol üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək. “İki sahil” xəbər verir ki, voleybolçularımız 27-29 mart tarixlərində İspaniyanın ev sahibi olacağı C qrupunda mübarizə aparacaq. Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq.
Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd edək ki, AVRO-2026-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

2026 Avropa Çempionatı
(2-ci təsnifat mərhələsi)
 Oyun proqramı
C qrupu
27 mart
20:00.  Estoniya –  Niderland
22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland –Azərbaycan
22:30. Estoniya –İspaniya
29 mart
20:00. Azərbaycan –Estoniya
22:30. Niderland –İspaniya