24 fevral 2026 09:40
100

Dilçilik İnstitutunun əməkdaşı E.Əliyeva 147 nömrəli texniki-humanitar liseydə

Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva “21 Fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə 147 nömrəli texniki-humanitar liseydə keçirilən dəyirmi masada iştirak edib.

“İki sahil” xəbər verir ki, tədbirdə liseyin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Z.Zarina, Uşaq birliyi təşkilatının rəhbəri H.Fatma,  psixoloq A.Humay iştirak ediblər.

E,Əliyeva Ölkə Prezidentinin dilə olan qayğısından söz açıb, qloballaşan dünyada beynəlxalq dillər arasında Azərbaycan dilinin yeri və əhatə dairəsi, dilimizin yad təsirlərdən qorunma yollarından  danışıb. Şagirdləri internet resurslarından səmərəli istifadə etməyə və ana dilində müxtəlif məzmunlar yaratmaqla veb bazanı genişləndirməyə dəstək olmağa səsləyib. Sonda E.Əliyeva şagirdlərin  mövzu ilə bağlı  suallarını da cavablandırıb.